Ərik qurusu həm dadlı, həm də sağlamlıq baxımından çox faydalı bir qidadır. O, xüsusilə enerji, dəmir, lif və antioksidantlarla zəngindir. 

Foodinfo.az ərik qurusunun əsas faydalarını təqdim edir:

1. Qəbizliyi aradan qaldırır

Ərik qurusu bol miqdarda həll olunan lif ehtiva edir. Bu da bağırsaq hərəkətlərini sürətləndirərək qəbizliyi yüngülləşdirir.

2. Qan azlığının qarşısını alır

Tərkibindəki dəmir sayəsində qanazlığı (anemiya) riskini azaldır. Dəmirin bədəndə daha yaxşı mənimsənməsi üçün C vitamini ilə birlikdə qəbul edilməsi tövsiyə olunur.

3. Dərinin parlaqlığını artırır

Beta-karoten və A vitamini ilə zəngin olduğuna görə dərini qidalandırır, quruluğun və solğunluğun qarşısını alır.

4. Göz sağlamlığına faydalıdır

A vitamini və antioksidantlar sayəsində gözləri qoruyur, gecə görmə qabiliyyətini dəstəkləyir.

5. İmmuniteti gücləndirir

Antioksidantlar, vitaminlər və minerallarla zəngin olduğu üçün orqanizmi viruslara və infeksiyalara qarşı qorumağa kömək edir.

6. Sümükləri gücləndirir

Kalsium və kalium sayəsində sümük sağlamlığına müsbət təsir göstərir.

7. Arıqlama prosesində dəstək olur

Toxluq hissi verir, şirin ehtiyacını qarşılayır. Ancaq miqdarına diqqət etmək şərtilə, pəhrizdə istifadə edilə bilər.

Ərik qurusu şəkər baxımından zəngin olduğu üçün gündə 4-5 ədəd kifayətdir. Diabeti olanlar və kilo problemi yaşayanlar çox miqdarda qəbul etməməlidir. Mümkün qədər kimyəvi maddəsiz, açıq rəngli olmayan (təbii tünd) qurular seçilməlidir.