Gündəlik istifadə etdiyimiz qidalar qan damarlarını daraldıb infarkta səbəb ola bilir. 

Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb. 

Ekspertlər vurğulayırlar ki, duzlu qidalar ürəyinin qeydinə qalanlar üçün seçim olmamalıdır. Bol miqdarda natrium qəbul etdikdə su orqaninizmdə qalır və bu da qan həcmini artırır. Nəticədə qan təzyiqi artır.

Beləliklə, qan damarlarımıza zərər dəyir. Bununla yanaşı qırmızı ət, işlənmiş ət, kartof cipsi, kafein, pizza, süfrə duzu, enerji içkiləri, yağda qızardılmış qidalar və s. ürək damarlarının sağlamlığına ciddi təhdid yaradır.

Fərid