Bəzi yeməklər qızdırıldıqda zəhərli maddələr əmələ gətirir. Foodinfo.az bildirir ki, bu barədə diyetoloqlar xəbərdarlıq edirlər.
Məsələni, omleti (yumurta qızartması) yenidən qızdırmaq olmaz. Belə ki, təkrar isitmə nəticəsində yumurtalarda kanserogen maddələr əmələ gəlir.
Qidalanma mütəxəssisləri göbələyi də yenidən qızdırmağı məsləhət görmürlər. Çünki qızdırılmış göbələk mədə ağrısı və şişkinliyə səbəb ola bilər.
Eyni zamanda tərkibində ispanaq və kərəviz olan yeməkləri qızdırmaq da tövsiyə edilmir.
Təkrar isitmə zamanı onlarda nitritlər və nitrozaminlər əmələ gəlir ki, bu da insan sağlamlığına ciddi ziyan vura bilər.
Fərid