Bir çoxları vaxt azlığı və qənaət etmək səbəbi ilə axşamdan qalan yeməkləri ikinci dəfə qızdırıb yeyir. Lakin bu həmin qidanın həm keyfiyyətini aşağı salır, həm də bakteriya çoxalmasına səbəb olur. Foodinfo.az xəbər verir ki, donmuş yeməklərin otaq temperaturunda buzu açılarsa bu təhlükəli hesab olunur. Çünki buz əriyənə kimi həmin qidada otaq temperaturunda bekteriya çoxalması baş verir. Bu səbəblə də soyuq qidalar mikrodalğalı sobada isidilib çox keçmədən yeyilməlidir. Əgər bişirilən yeməklər otaq temperaturunda çox saxlanılıbsa həmin qidanı qəbul etmək düzgün deyil. Soyuducuda bişmiş qidalara digər çiy qidalardan bakteriya keçərək zəhərlənməyə səbəb ola bilər. Məhz buna görə soyuducudakı qidaları çiy ət, balıq, toyuq məhsullarından uzaq tutmaq lazımdır. Bəzi ispanaq, toyuq, göbələk, yumurta, kartof, kərəviz, çuğundur kimi qidalar da var ki ikinci dəfə qızdırılması və yeyilməsi dietoloqlar tərəfindən məsləhət görülmür. (ölkə.az)