Pomidor şirəsi tərkibində şəkərin az olması səbəbindən diabet xəstələri və arıqlamaq qərarına gələn insanlar tərəfindən içilə bilər. Foodinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Təhsil Universitetinin Təbiət Elmləri fakültəsinin dekanı bioloq İrina Lyalina deyib.
O qeyd edib ki, bu məhsulun tərkibində çoxlu vitaminlər var: A, C, B6, PP, həmçinin kalium və maqnezium.
Onun sözlərinə görə, şirənin qırmızı rəngi pomidorun tərkibində antioksidant xüsusiyyətlərə malik təbii boya olan likopenin olması ilə bağlıdır. Mütəxəssis xatırladıb ki, içki ürək xəstəliyi riskini azaldır, çünki o, ziyanlı xolesterinin səviyyəsini normallaşdırmağa və qan damarlarının elastikliyini artırmağa kömək edir.
Damarların elastikliyini artırır və qan laxtalarının əmələ gəlməsini azaldır və xərçəngin qarşısını alır. Bu şirə ödqovucu və iltihab əleyhinə xüsusiyyətlərə malikdir və buna görə də mədə turşuluğu az olan və onikibarmaq bağırsaq xəstəlikləri olan insanlar üçün faydalıdır.