Toyuq dərisi zərərli hesab olunur, çünki yüksək miqdarda doymuş yağ və kalori ehtiva edir. Bu cür yağlar çox miqdarda istehlak edildikdə bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər.
Foodinfo.az xəbər verir ki, toyuq dərisi doymuş yağlarla zəngindir və bu yağlar orqanizmdə LDL ("pis" xolesterol) səviyyəsini artıraraq ürək-damar xəstəliklərinə yol açır.
Doymuş yağlar damarların sərtləşməsinə və daralmasına səbəb olur. Bu d ürək tutmaları və iflic riskini artırır.
Toyuq dərisi yüksək kalorili olduğu üçün tez-tez və böyük miqdarda istehlakı artıq çəkiyə səbəb ola bilər. Piylənmə isə digər sağlamlıq problemlərini, o cümlədən tip 2 diabeti də artırır.
Doymuş yağlar bəzi hallarda bədəndə iltihablı proseslərin artmasına səbəb ola bilər ki, bu da xroniki xəstəliklərə yol açan faktorlardan biridir.
Bu səbəblərə görə, toyuq dərisinin menyudan çıxarılması daha sağlam qidalanma üçün tövsiyə olunur.