Bir çox insanlar sağlamlıqla bağlı problemlərinin həlli üçün təbii yollara müraciət edirlər. 

Foodinfo.az xəbər verir ki, əməköməci bitkisi də bu mənada ən çox müraciət olunan bitkilərdən sayılır. 

Əməköməci bitkisi qida maddəsi olaraq yeməklərdə istifadə oluna bilər. Tibbi məqsədlərlə çayı, ekstraktına müraciət etmək mümkündür. Bu bitki kosmetika sahəsində də geniş istifadə edilir, bağçalarda dekor kimi geniş yayılıb. 

Bitkinin yarpaqları çay olaraq dəmlənib içilə bilər. Bu çay xüsusən öskürək, boğaz ağrısı və tənəffüs yolu infeksiyalarına qarşı effektiv vasitə sayılır. Ən böyük xüsusiyyətlərindən biri isə burun tutulan zaman bunun qarşısını alan təsirə malik olmasıdır.