Limonlu çayın faydaları olduqca çoxdur. Antioksidan xüsusiyyətləri sayəsində orqanizmi zərərli maddələrdən təmizləyərək immunitet sistemini gücləndirir. Tərkibində olan C vitamini qrip, soyuqdəymə kimi xəstəliklərə qarşı qoruyucu təsir göstərir.

Foodinfo.az xəbər verir ki, limonlu çay həzm sisteminə də müsbət təsir göstərir. Limon mədə turşusunu balanslaşdıraraq həzm problemlərini azaldır. 

Həmçinin limonlu çay sidikqovucu xüsusiyyətləri sayəsində böyrək sağlamlığını qoruyur.

Limonlu çay tərkibindəki antibakterial xüsusiyyətləri sayəsində ağız və boğaz sağlamlığını qoruyur. 

Tərkibindəki təbii antiinflamatuar xüsusiyyətlərilə isə bədəndəki iltihabı azaldır və dəri sağlamlığını dəstəkləyir.  

Ondan nizamlı olaraq istehlak etdikdə orqanizm üçün çox faydalı bir seçim olur.