Dükandan alınan çörək kifli çıxıb. Foodinfo.az xəbər verir ki, bu barədə “Müştəriyəm, şikayətim var” facebook qrupunda məlumat paylaşılıb. Belə ki, “Xan - Kürə” çörəyinin içərisindən kağız parçası çıxıb. Bundan başqa, fotolardan görünür ki, çörək kiflidir. Facebook-da digər istifadəçilər də çörək istehsalçısını tənqid edib. Qeyd edək ki, çörək Lənkəran şəhərində istehsal olunub. [gallery link="file" columns="1" size="full" ids="19819,19818,19817"]