Cəfəri suyu orqanizmdən artıq mayeni atmaq üçün istifadə olunsa da, onun həddindən artıq qəbulu sağlamlığa zərər verə bilər. Foodinfo.az xəbər verir ki, bu bitki yüksək miqdarda oksalat ehtiva edir ki, bu da böyrək daşlarının yaranmasına səbəb ola bilər.

Həmçinin, cəfəri suyu qan təzyiqinə və bəzi dərmanların təsirinə mənfi təsir edə bilər. Gündəlik bir stəkan (təxminən 150 ml) miqdarından artıq içilməsi tövsiyə olunmur. Bitki mənşəli içkilər təbii olsa da, onların da dozası gözlənilməlidir. Təbii məhsulların istifadəsində diqqətli olmaq vacibdir.