
Qarabaşaq yarması bişirilmə zamanı düzgün yanaşma tələb edir. Foodinfo.az bildirir ki, əgər su miqdarı normadan artıq olarsa və ya uzun müddət bişirilərsə, faydalı maddələrini itirə bilər. Həmçinin çox duz əlavə etmək bu məhsulun təbii dadını dəyişdirir və qidalanma dəyərini azaldır.
Mütəxəssislər qarabaşaq yarmasını az suda, qapaqlı şəkildə buxarda bişirməyi tövsiyə edirlər. Bu üsul həm dadını qoruyur, həm də vitamin itkisini minimuma endirir. Yarma bişirildikdən sonra dərhal soyudulmalı və bir neçə gün ərzində istehlak olunmalıdır.