
Çuğundur turşusu həm dadlı, həm də sağlamlıq üçün faydalı bir qidadır. Ev şəraitində hazırlamaq çox asandır və xüsusi bir ustalıq tələb etmir.
Foodinfo.az ləzzətli və uzun müddət saxlanılan çuğundur turşusunun hazırlanma qaydasını təqdim edir:
Tərkibi:
- 2–3 ədəd orta ölçülü çuğundur
- 3–4 diş sarımsaq (istəyə görə artırıla bilər)
- 1 litr su
- 1 xörək qaşığı iri duz (yodlu olmasın)
- 1 xörək qaşığı şəkər tozu
- 100 ml üzüm və ya alma sirkəsi (təxminən yarım stəkan)
- İstəyə görə: dəfnə yarpağı, qara istiot dənələri, mixək (ətir üçün)
Hazırlanma qaydası:
Çuğunduru yaxşıca yuyun, qabığını soyun.
Nazik dilimlər, çubuqlar və ya rəndədən keçirilmiş formada doğrayın.
Sarımsağı soyub nazik doğrayın və ya bütöv qoyun.
Təmiz, steril banka götürün. Əvvəlcə bir az çuğundur, sonra sarımsaq, istəsəniz dəfnə yarpağı və ədviyyatları qat-qat yerləşdirin.
Sonra qzana 1 litr su əlavə edin, duz və şəkər əlavə edib qarışdırın. Qaynadıqdan sonra ocağı söndürün. Qaynar (və ya ilıq) marinadı bankadakı çuğundurların üzərinə tökün. Elə edin ki, tam örtülsün.
Bankanın qapağını möhkəm bağlayın. İstəsəniz bankanı tərs çevirib 5-10 dəqiqə saxlayın (vakum efekti üçün).
Otaq temperaturunda 2–3 gün saxladıqdan sonra soyuducuya yerləşdirin. 5–7 gün ərzində turşu yeməyə hazır olur.