Bu ətirli içki təkcə dadı ilə deyil, həm də sağlamlığa faydaları ilə seçilir.

Foodinfo.az xəbər verir ki, darçınlı çay qanda şəkərin tənzimlənməsində mühüm rol oynayır. Darçının insulinə həssaslığı artırması qidanın parçalanmasını asanlaşdırır və xüsusilə şəkər yüksəlməsinə meyilli şəxslər üçün əhəmiyyətli təsir göstərir.

Darçınlı çay maddələr mübadiləsini sürətləndirərək arıqlamaq istəyənlərə dəstək olur. İştahtutma xüsusiyyəti sayəsində günün müəyyən saatlarında içildikdə artıq yeyintinin qarşısını alır.

Soyuqdəymə mövsümündə bu içkiyə üstünlük verənlərin sayı daha da çoxalır. Darçınlı çayın boğazı yumşaltması, öskürəyi azaltması və immun sistemini gücləndirməsi həkimlər tərəfindən xüsusi vurğulanır. Qan dövranını artırması isə həm bədənin isinməsinə, həm də ümumi enerji səviyyəsinin yaxşılaşmasına kömək edir.

Darçınlı çayın hazırlanması çox saddir: bir stəkan qaynar suya darçın çubuğu əlavə edilir və bir neçə dəqiqə dəmlənir. İstəyə görə limon və ya az miqdarda bal da qatmaq mümkündür.

Darçınlı çaydan gündəlik rasionda ölçülü şəkildə istifadə etməyi tövsiyə edilir.