Dəniz Balıqçılıq Təsərrüfatının Mühafizəsi Təşkilatı (SFPA) 2022-ci il illik hesabatında qabıqlı balıqlardan yaranan xəstəliklər, məhsullarda patogenlərin aşkar edildiyini açıqlayıb.
Foodinfo.az xəbər verir ki, bu barədə News Desk məlumat yayıb. Bildirilir ki, dəniz məhsulları təhlükəsizliyinin təmin edilməsi, qeyri-rəsmi məsləhət, sertifikatların təqdim edilməməsi və s. barəsində cinayət işləri açılıb.
Qeyd edək ki, SFPA 2022-ci ildə 12 şikayətə baxıb. Bunlar qızılbalıqda çoxsaylı iri sümüklərin, hisə verilmiş qızılbalıqda metal parçasının olması və bir şirkət tərəfindən icazəsiz biosidal məhsulun istifadəsi ilə bağlı müştəri şikayətləri və digər məsələlər olub.
Xatırladaq ki, Dəniz Balıqçılıq Təsərrüfatının Mühafizəsi Təşkilatı (SFPA) pərakəndə satışa qədər istehlakçılar üçün dəniz məhsullarının təhlükəsizliyini təmin etmək və dəniz məhsulları ticarətini yoxlamaq vəzifəsini daşıyır.
Nurlan