A vitamini dərinin vaxtından əvvəl qocalmasına səbəb olan ultrabənövşəyi şüalardan effektiv şəkildə qoruyur. Foodinfo.az xəbər verir ki, bundan əlavə, uğurlu toxuma bərpası üçün vacib olan sağlam immun sistemini dəstəkləyir.
Vitamin A zülal sintezində birbaşa iştirak edir, buna görə də toxumaların bərpası və dərinin elastikliyinin qorunması üçün vacib və zəruri olan kollagen və digər zülalların sintezində əsas rol oynayır. Bu vitamin yağda həll olunur balıq, süd məhsullarında, yerkökü, şirin kartof və ispanaq kimi tərəvəz və meyvələrdə olur.