Dietoloq Yelena Solomatina sağlamlığa ən çox zərər verən qidaları sadalayıb.
Foodinfo.az bildirir ki, ekspert "Veçernaya Moskva"ya müsahibəsində şirniyyatlar, mürəbbələr, konservlər, xəmir məmulatları, pivə - bütün bu məhsulların yüksək glisemik indeksi olduğunu, buna görə də qanda qlükoza səviyyəsini artırdığını bildirib.
Mütəxəssisin sözlərinə görə, bu qidalardan alınan enerji yükü böyük miqdarda insulin istehsalına səbəb olur.
Bu, kollagen istehsal prosesinin pozulmasına gətirib çıxarır. Ekspert əlavə edib ki, daxili toxumalar sərtləşir və qırışlar əmələ gəlir.