Dietoloqlar “Aysberq” salatını gündəlik qidalanma üçün ən rahat və təhlükəsiz məhsullardan biri hesab edirlər. Foodinfo.az NEWS.ru-ya istinadla xəbər verir ki, bu salat təxminən 95% sudan ibarət olduğundan orqanizmin su balansını qorumağa kömək edir və kaloriliyi aşağı salaraq toxluq hissi yaradır.

Aysberqin tərkibindəki yumşaq liflər mədə və bağırsağı qıcıqlandırmır, buna görə də həssas mədəsi olanlara, xroniki qastrit dövrü olmayanlara və sərt yaşıl yarpaqlara dözümsüz olanlara tövsiyə olunur.

Bundan əlavə, “Aysberq” fol turşusu və K vitamini ilə zəngindir ki, bu da qan laxtalanması və sümük sağlamlığı üçün vacibdir. Eyni zamanda A və C vitaminləri, kalium tərkibi ürək-damar sistemini dəstəkləyir və maddələr mübadiləsində iştirak edir.

Salat həmçinin acı dadı demək olar ki, yoxdur, uzun müddət təzə qalır, müxtəlif məhsullarla – ət, balıq, meyvə və pendirlərlə – rahat qarışdırılır və kəsildikdən sonra da xırtıldayan qalır.