Meyvələr təbii vitamin, mineral, lif və antioksidant mənbəyi olaraq sağlam qidalanmanın əsas hissəsidir. Onların gündəlik rasionda olması həm bədəni, həm də zehni gücləndirir.

Foodinfo.az ən çox yeyilən 5 meyvəni təqdim edir:

1. Banan

İldə təxminən 120 milyon ton istehsal olunur. Asan daşınması, hər mövsüm tapılması və yüksək qida dəyəri ilə dünyanın ən populyar meyvəsidir.

2. Alma

Şirin və turş növləri ilə həm təzə, həm də şirə, qurudulmuş məhsul və desertlərdə geniş istifadə olunur.

3. Üzüm

Təzə meyvə, kişmiş və şərab istehsalı üçün ən çox yetişdirilən meyvələrdəndir.

4. Portağal

C vitamini mənbəyi olan portağal həm təzə, həm də şirə şəklində bütün dünyada sevilir.

5. Manqo

Xüsusilə Asiya və tropik ölkələrdə “meyvələrin kralı” kimi tanınır, şirin və ətirli dadı ilə məşhurdur.