
Süni dadvericilər qidalara cazibədarlıq qatsa da, sağlamlıq üçün ciddi risklər yarada bilər. Foodinfo.az bildirir ki, bu maddələr beyində doymama siqnalını stimullaşdıraraq daha çox yeməyə səbəb olur.
Əsasən hazır şorba, cips, sosiskalar və konserv məhsullarında istifadə olunur. Mononatrium qlutamat (E621) ən çox yayılmış süni dadvericidir. Bu maddə qidanın dadını artırır, lakin bəzi insanlarda baş ağrısı, təzyiq və allergik reaksiyalar yarada bilər.
Araşdırmalar göstərir ki, süni dadvericilər iştahın nəzarətdən çıxmasına səbəb olur. Beləliklə, insan daha çox kalori qəbul edir və çəki artımı yaranır. Uşaqlarda bu maddələr davranış dəyişikliklərinə də yol aça bilər.
Təbii dadlandırıcılar — limon, sarımsaq, zəncəfil — daha təhlükəsiz alternativlərdir. Evdə hazırlanan yeməklərdə bu maddələrin istifadəsi sıfır səviyyəsində olur.
Etiket oxumaq və E kodlarından xəbərdar olmaq vacibdir. Sağlam qidalanma üçün dad yox, tərkib əsasdır.