
Qazlı içkilər yay aylarında daha çox istehlak olunur. Foodinfo.az bildirir ki, bu içkilərin tərkibindəki fosfor turşusu kalsiumu bədəndən xaric edir. Bu isə sümük sıxlığının azalmasına və osteoporoza səbəb ola bilər.
Şirin qazlı içkilər yüksək şəkər tərkibinə görə də sağlamlıq üçün təhlükəlidir. Onlar həmçinin diş minasını zəiflədir və çürüməyə səbəb olur. Kofeinli qazlı içkilər sidikqovucu təsir göstərərək bədəndə su çatışmazlığı yaradır.
Mütəxəssislər bu içkiləri gündəlik rasiondan tamamilə çıxarmağı tövsiyə edirlər. Təbii mineral sular və evdə hazırlanan kompotlar daha yaxşı alternativdir. Qazlı içkilər qısa müddətli sərinlik yaratsa da, bədəni içəridən susuzlaşdırır.
Sümük sağlamlığını qorumaq üçün kalsiumla zəngin qidalarla yanaşı, qazlı içkilərdən uzaq durmaq vacibdir. Uşaqlarda bu içkilər böyümə prosesini mənfi təsir altına alır. Zərərsiz görünən hər qurtum uzunmüddətli nəticələr doğura bilər.