D vitamini çatışmazlığı dünya üzrə geniş yayılmış sağlamlıq problemlərindən biri hesab olunur. Bu vitaminin təbii mənbələri arasında yağlı balıqlar xüsusi yer tutur. Aparılan araşdırmalar göstərir ki, bəzi balıq növləri D vitamini baxımından digərlərindən xeyli zəngindir.

Foodinfo.az xəbər verir ki, ən çox D vitamini olan balıq siyənəkdir. Xüsusilə təzə və ya az duzlu siyənək D vitamininin ən güclü təbii mənbələrindən biri sayılır. Onun müntəzəm qəbulu sümük sağlamlığının qorunmasına və immunitetin möhkəmlənməsinə kömək edir.

Siyənəkdən sonra qızılbalıq (losos) yüksək D vitamini tərkibi ilə diqqət çəkir. Xüsusilə okean qızılbalığı bu vitaminlə daha zəngin hesab olunur. Qızılbalıq həm ürək-damar sağlamlığı, həm də hormonal balans üçün çox faydalıdır.

Skumbriya və sardina da D vitamini ilə zəngin balıqlar sırasındadır. Bu balıqlar eyni zamanda omeqa-3 yağ turşuları ilə zəngin olduğu üçün təzyiqin tənzimlənməsi və iltihabın azalmasına müsbət təsir göstərir.

Yuna balığında da D vitamini mövcuddur, lakin onun miqdarı siyənək və qızılbalıqla müqayisədə nisbətən azdır. Buna baxmayaraq, tuna gündəlik qida rasionunda faydalı seçim hesab olunur.

D vitamininin orqanizmdə daha yaxşı mənimsənilməsi üçün balıq yağlı formada və düzgün bişirmə üsulu ilə hazırlanmalıdır.

D vitamini çatışmazlığının qarşısını almaq üçün günəş şüaları ilə yanaşı, siyənək, qızılbalıq və skumbriya kimi balıqların müntəzəm istehlakı sağlamlıq baxımından mühüm əhəmiyyət daşıyır.