Yemək vərdişlərimiz ümumi sağlamlığımıza böyük təsir göstərir. Sağlam bir həyat sürmək üçün balanslı və qidalı bir pəhriz seçmək son dərəcə vacibdir. Buna görə də bədənimizə zərər verə biləcək qidaları tanımaq və onlardan uzaq durmaq böyük əhəmiyyət kəsb edir.

Foodinfo.az sağlamlıq üçün ən zərərli 5 qidanı təqdim edir: 

1. Trans yağlar: Qızartma yağları, marqarin, fast food məhsulları və hazır qidalarda olan trans yağlar ürək xəstəlikləri, piylənmə və diabet kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Ona görə də tərkibində trans yağ olan qidalardan uzaq durmaq çox vacibdir. 

2. Emal edilmiş ət məhsulları: Salam, kolbasa və sosis kimi emal edilmiş ət məhsulları yüksək miqdarda doymuş yağ və əlavələr ehtiva edir. Bu, ürək xəstəliyi riski üçün çox təhlükəlidir. Bunun əvəzinə təzə və təbii ət məhsulları seçmək daha sağlam olardı. 

3. Rafinə şəkər: Tərkibində şəkər olan qazlı içkilər, desertlər və şəkərli qəlyanaltılar orqanizmə zərər verir. Yüksək şəkər istehlakı piylənmə, diş çürüməsi və insulin müqaviməti kimi sağlamlıq problemlərinə səbəb ola bilər.

4. Ağ un: Ağ çörək, ağ undan hazırlanmış un məmulatları və ağ düyü kimi təmizlənmiş taxıllar yüksək glisemik indeksi sayəsində qan şəkərini sürətlə artırır və insulin müqavimətinə səbəb olur. Buna görə də tam buğda unu və kəpək məhsullarına üstünlük verilməlidir. 

5. Fast food: Fast food restoranlarında təqdim edilən hamburger, kartof qızartması və qazlı içkilər yüksək kalorili, çox yağlı və aşağı qida dəyərinə malikdir. Həddindən artıq istehlak edildikdə piylənmə, ürək xəstəlikləri və metabolik sindrom kimi sağlamlıq problemlərinə gətirib çıxarır.

Bu zərərli qidalardan uzaq duraraq daha sağlam və balanslı qidalanma vərdişi yaratmaq ümumi sağlamlığımızı qorumaq üçün son dərəcə vacibdir. Daimi idman, kifayət qədər su istehlakı və təbii qidalarla qidalanma sağlam həyatın əsasını təşkil edir.