Enerji içkilərindən çox istifadə insult, infarkt, aritmiya və ya digər xəstəliklərə səbəb ola bilər. Foodinfo.az bildirik ki, bunu NEWS.ru ilə söhbətində cərrah Aleksandr Umnov deyib.
Mütəxəssisin fikrincə, enerji içkiləri tez bir zamanda asılılıq yaradır və eyni zamanda orqanizmdə düzəlməz dəyişikliklərə səbəb olur. Beləliklə, içkinin həddindən artıq istehlakı ilə ürək və mədə-bağırsaq traktında problemlər yarana bilər ki, bu da ağır hallarda ölümə səbəb ola bilər.
Həkim izah edib ki, enerji içkilərinin tərkibində kofein və taurin də daxil olmaqla, ürək-damar və sinir sistemini stimullaşdıran böyük dozada maddələr var. Onun fikrincə, belə içkilər insana güc verməyəcək, əksinə, sağlamlığını daha da pisləşdirəcək.
Enerji içkisini qəbul etdikdən bir neçə saat sonra yorğunluq geri qayıdacaq. Enerji artımı bir mifdir. Enerji içkiləri hamilə qadınların, süd verən anaların, yaşı 70-dən yuxarı olan qocaların sağlamlığına mütləq zərər verə bilər.