Yüksək istilər zamanı fast-food tipli yeməklərin istehlakı bir sıra sağlamlıq risklərini artırır. Foodinfo.az bildirir ki, bu cür yeməklər yüksək yağ və duz tərkibli olduğu üçün orqanizmin su balansını pozur və susuzluq yaradır. 

Qızardılmış məhsulların isti havada tez xarab olması zəhərlənmə riskini artırır. Plastik qablarda uzun müddət saxlanılan fast-foodlar toksin yayaraq sağlamlığa zərər verə bilər. Qatılaşdırılmış souslar və pendirlər mədə-bağırsaq problemlərinə səbəb ola bilər. 

Yayda orqanizm daha yüngül və təbii qidaları tələb etdiyi halda, fast-food bədəni yükləyir və metabolizmi ləngidir. Bu da yorğunluq, baş ağrısı və dəri problemləri ilə nəticələnə bilər. Xüsusilə küçə fast-foodlarına diqqətlə yanaşmaq lazımdır, çünki saxlama və gigiyena şəraiti tez-tez pozulur. 

Qida zehərlənmələrinin əksəriyyəti düzgün saxlanmayan məhsullardan qaynaqlanır. Uşaqlar üçün hazırlanmış fast-foodlar belə, düzgün seçilmədikdə ciddi fəsadlara səbəb ola bilər. Yayda sağlam və təhlükəsiz bəslənmək üçün fast-food əvəzinə təbii alternativlərə üstünlük verilməlidir.