
ANO Elmi Mərkəzinin “Sağlam Qidalanma” direktoru, dietoloq, birinci kateqoriyalı qastroenteroloq, hepatoloq, aşpaz, qidalanma davranışı psixoloqu Nuriyyə Dianova ürək-damar xəstəliklərinin qarşısının alınmasında fıstıqların faydalarından danışıb.
Foodinfo.az xəbər verir ki, İctimai Xəbərlər Xidmətinə müsahibəsində ekspert qeyd edib ki, fıstıqda çoxlu miqdarda protein, doymamış yağ turşuları, maqnezium, fosfor, kalium və bir sıra digər faydalı maddələr var.
Mütəxəssisin sözlərinə görə, yerfıstığında palmitik turşusu var ki, bu da damar endotelinə faydalı təsir göstərir və aterosklerotik lezyonların inkişafının qarşısını alır.
"Fıstıqda həmçinin mis, manqan, fol turşusu və əlbəttə ki, dəmir var" - deyə dietoloq əlavə edib