Fosfor bədənimizin sümüklərini və dişlərini gücləndirən, hüceyrə funksiyalarını dəstəkləyən vacib mineraldır.
Foodinfo.az xəbər verir ki, fosforla zəngin olan qidalar arasında balıq və dəniz məhsulları,(somon, tuna, skumbriya), ət məhsulları (toyuq, mal əti, qaraciyər), yumurta və süd məhsulları (süd, pendir, qatıq) önə çıxır.
Həmçinin paxlalılar (noxud, mərci, lobya), çərəzlər və toxumlar (balqabaq tumu, badam, çia toxumu) və taxıllar (yulaf, qəhvəyi düyü, kinoa) da fosforla zəngindir.
Bu qidalar balanslı şəkildə istehlak edildikdə fosfor ehtiyacını təmin etməkdə mühüm rol oynayır.