Araşdırmalar göstərir ki, müəyyən qida növləri koqnitiv funksiyaya və ümumi beyin sağlamlığına mənfi təsir göstərə bilər. Foodinfo.az RBC-ə istinadla xəbər verir ki, fast food, çips, şirniyyat və süni əlavələr olan digər məhsullar bu siyahıya daxildir. Onların tərkibində çox vaxt trans yağlar, artıq duz, şəkər və konservantlar olur.
Belə məhsulların istehlakı bədəndə iltihablı proseslərin artması ilə əlaqələndirilir ki, bu da beyin fəaliyyətinə mənfi təsir göstərə bilər. Yüksək qan şəkəri idrak pozğunluğu yarada bilər. Xüsusilə həddindən artıq şəkər istehlakı yaddaşa təsir göstərir.
Həddindən artıq spirt istehlakı yaddaş problemlərinə, koqnitiv qabiliyyətlərin azalmasına və demans riskinin artmasına səbəb ola bilər.