Ucar rayonunda yerləşən broyler şirkəti "Lu-Mun Holding" MMC-yə keçib. Əvvəllər "Garant Aqro" şirkətlər qrupunun adını daşıyan şirkətin adı da dəyişdirilib.
"Lu-Mun Holding" şirkəti haqqında yalnız o məlumdur ki, ofisi "Port Baku Towers" biznes mərkəzində yerləşir. Şirkətin reyestr məlumatları bilinmir.
Azərbaycanın Ucar rayonunda yerləşən "Garant Holding" şirkətlər qrupuna daxil "Ucar Aqro" MMC-nin "Quş əti emalı müəssisəsi"nin illik istehsal gücü 17,000,000 tondur (canlı çəki).
Kəsim gücü: 6,000 toyuq/saat.
Əsas İstehsal: təzə və dondurulmuş (bütöv və doğranmış) toyuq əti.
İşçilərin sayı:
Birbaşa istehsalda işləyən işçilərin sayı: 590
Əlaqəli sahələrdə çalışan işçilərin sayı: 150
Əlavə edək ki, "Garant Holding" şirkətlər qrupuna daxil olan "RIXOS Quba" mehmanxanasının da adı dəyişdirilib. 2018-ci il aprelin 1-indən otel “Quba Palace” adı ilə öz qonaqlarını qəbul edəcək. (Marja.az)
Son xəbərlər
- Ürək-damar xəstələri necə yeməlidir?
- Qışda artıq çəki almamağın yolları
- Yüksək keyfiyyətli yarımfabrikatları necə seçək?
- Gündə iki fincandan çox qəhvə içmək tövsiyə olunmur
- Bananın uzun müddət qalmasını və qaralmamasını necə etmək olar?
- İdmançılara xiyar turşusunun suyunu içmək niyə faydalıdır?