
Dietoloq Elena Solomatina giləmeyvələrin düzgün qəbulu ilə bağlı vacib tövsiyələr verib. Foodinfo.az bildirir ki, mütəxəssis bəzi xəstəliklər zamanı giləmeyvələrin sağlamlığa zərər verə biləcəyini qeyd edib.
Solomatina RT-yə açıqlamasında bildirib ki, bəzi giləmeyvələrin tərkibindəki turşular və efir yağları qastrit, xora və yüksək turşuluq kimi mədə-bağırsaq problemləri olan insanlarda selikli qişanı qıcıqlandıra bilər. Belə şəxslərə giləmeyvələri acqarına qəbul etməmək tövsiyə olunur. RT mənbəsinin məlumatına görə, bu qidalar yalnız yeməkdən sonra və az miqdarda yeyilməlidir.
Dietoloqun sözlərinə görə, sağlam insanlar üçün də qəbul miqdarı nəzarətdə saxlanmalıdır – gündə yarım stəkandan bir stəkana qədər, iki dozada. O, əlavə edib ki, bəzi giləmeyvələr xüsusilə isti havalarda orqanizmi təravətləndirir və dəstəkləyir. Bu meyvələr strukturlaşdırılmış su ilə zəngindir, bu da susuzlaşmanın qarşısını alır və maddələr mübadiləsini aktivləşdirir.
Mütəxəssis sonda vurğulayıb ki, qaragilə və böyürtkən kimi tünd giləmeyvələr orqanizmi stressdən qoruyur. Qırmızı və narıncı giləmeyvələr isə güclü günəş təsiri zamanı dərini və selikli qişaları qorumağa kömək edir.