
Orqanik qidalar, yəni pestisidsiz, kimyəvi gübrəsiz, genetik müdaxiləsiz yetişdirilən məhsullar bir çox baxımdan daha faydalı hesab olunur.
Foodinfo.az xəbər verir ki, orqanik məhsullarda pestisid, herbisid və sintetik gübrə qalıqları az və ya yoxdur. Bu da qaraciyər, böyrək və hormonal sistem üçün daha az yük deməkdir.
Bəzi araşdırmalar göstərir ki, orqanik meyvə və tərəvəzlərdə C vitamini, fenollar və flavonoidlər daha yüksək səviyyədədir.
Orqanik ət, süd və yumurta antibiotik və böyümə hormonları istifadə edilmədən əldə olunur, bu da immun sistem və hormonal tarazlıq üçün daha yaxşıdır.
Belə kənd təsərrüfatı torpağı, suyu və təbiəti daha az çirkləndirir. Ətraf mühitin qorunması baxımından da müsbət təsir göstərir.
Orqanik məhsullar adətən adi məhsullardan daha bahalı olur və konservant olmadığı üçün daha tez xarab olur.
Lakin bəzi tədqiqatlar orqanik və qeyri-orqanik məhsullar arasında qida dəyəri baxımından fərqin o qədər də böyük olmadığını göstərir.