Oftalmoloq, mikrocərrah, tibb elmləri namizədi Svetlana Mirqorodskaya görmə üçün faydalı məhsullardan danışıb.

Foodinfo.az xəbər verir ki, ekspert Qazeta.ru-ya müsahibəsində deyib ki, A, B1, B2, B6, B12, C, P, D və E vitaminləri, həmçinin lutein, zeaksantin, sink, antosiyaninlər görmə və göz sağlamlığına müsbət təsir göstərir.

Mütəxəssisin sözlərinə görə, A vitamini yumurtada, soyuq şimal dənizlərinin balıqlarında, yağda, qaraciyərdə, süddə, kərəvizdə, cəfəridə, yabanı sarımsaqda olur.

“B vitaminləri (B1, B2, B6, B12) dənli bitkilər, ət, qaymaq və bananda olur. P (rutin) və C (askorbin turşusu) vitaminləri sitrus meyvələrində, moruqda, gilasda, böyürtkəndə, üzümdə, qara qarağatda, itburnuda, bolqar bibərində, paprikada, kələmdə, pomidorda, kartofda, limonda olur”, - deyə Mirqorodskaya əlavə edib.

Fərid