Orqanizmdə sinkin çatışmazlığı, xüsusilə qışdan yaz mövsümünə keçiddə, tez-tez rast gəlinən problemdir və bu, həm immunitetin zəifləməsinə, həm də dəri vəziyyətinin pisləşməsinə səbəb ola bilər. Foodinfo.az РИА Новости saytına istinadla xəbər verir ki, tibb elmləri namizədi və OНК “Kant adına BФU Həyat elmləri və tibbi institut”un İctimai sağlamlıq və səhiyyə kafedrasının dosenti Andrey Tarasov bildirib ki, bu dövrdə orqanizmdə bir çox mikroelementlərin, o cümlədən sinkin defisiti yaranır.

Alimin sözlərinə görə, sink immun sisteminin normal fəaliyyətində mühüm rol oynayır, həmçinin dərinin sağlamlığına təsir göstərir. Tarasov qeyd edir ki, insanlar yaz mövsümünə yaxın dərilərində quru, mat və parıltısız görünüş müşahidə edirlər. Sink həmçinin testosteron səviyyəsinin normallaşmasına kömək edir və orqanizmin ümumi müdafiə qabiliyyətini artırır.

Mütəxəssis tövsiyə edir ki, sink çatışmazlığını aradan qaldırmaq üçün qidalanmaya diqqət yetirmək vacibdir. Bu məqsədlə qidalanmada yüksək sink tərkibli məhsulların – mal əti, qarabaşaq və müxtəlif növ qoz-fındıqların – istifadəsi önəmlidir. Tarasov əlavə edir ki, düzgün qidalanma immuniteti möhkəmləndirir, dərini sağlam saxlayır və yaz-yay mövsümündə enerji səviyyəsini artırır.

Bununla yanaşı, alim vurğulayır ki, balanslı və müxtəlif qidalanma yalnız sink ehtiyacını ödəmək üçün kifayət etmir, həm də digər vacib mikroelementlərin çatışmazlığının qarşısını almağa kömək edir. Hər bir insan gündəlik rasionuna sinklə zəngin məhsulları daxil etməklə həm sağlamlığını, həm də dərisinin vəziyyətini yaxşılaşdıra bilər.