Son araşdırmalara görə, gündə birdən çox yumurta yemək infarkt və ya insult riskini artırır. Çünki yumurta xolesterinlə zəngindir. 

Foodinfo.az xəbər verir ki, araşdırmalar göstərir ki, yumurtanın minerallarla çox zəngin olmasına baxmayaraq, insanlar hər gün yumurta yeməkdən çəkinməlidir.

Yumurta, xüsusilə də yumurta sarısı xolesterinlə zəngindir - 50 qramlıq böyük bir yumurtada təxminən 186 mq xolesterin var və onu çox istehlak etmək insana zərərlidir.