Tövsiyyə olunur ki, hamilə qadınlar hamiləliyin ilk üç ayında oruc tutmasınlar. Çünki həmin dövrdə dölün beyni inkişaf halında olur və birbaşa ananın qlikozasına ehtiyacı var.
Foodinfo.az tibb saytlarına istinadla xəbər verir ki, hamiləliyin ilk üç ayında zülal səviyyəsi artır, buna görə də zülal vasitəsilə qan metobolizması çoxalır. Bu proses dölün inkişafının qarşısını alaraq gələcək ciddi fəsadlara yol aça bilər.Həkimlər hamiləliyinin ilk üç aylığında oruc tutmaq tövsiyə etməsələr də, üç aydan sonra, ana fìziki cəhətdən sağlam olarsa, maye qəbul edib vitaminli və dənli qidalardan istifadə edərək oruc tuta bilər.
Hamiləliyin ikinci və üçüncü üç aylığında əgər, qadın fìziki cəhətdən sağlam olarsa və xroniki xəstəlikləri olmazsa, sağlamlığına riayət edərsə oruc tuta bilər. Amma iftar və imsak arasında çox maye qəbul edib və vitaminli qidalardan meyvə və dənli qidalardan istifadə etsinlər.
Bundan əlavə, şirniyat və şəkərli qidalar tövsiyə olunmur. Çünki, hamiləlik dövründə diyabet xəstəliyinə yol aça bilər.Habelə, zulbiya və bamiya kimi şərbətli qidalardan çəkinsinlər. Xurma və kişmiş də az istifadə etsinlər.
Üç aydan sonra oruc tutan hamilə qadınlar, gün ərzində gərək, saat 12, 14, 16, 18 və 20 arası sidiyin zülal səviyyəsini yoxlasınlar.
Əgər, saat 12 ya 14- də sidiyin zülal səviyyəsi artarsa, oruc tutmamalıdırlar. Lakin, saat 18 və 20-də zülalın yuxarı qalxması adi haldır və oruc tutmaq olar.
Yaxşı olar ki, hamilə qadınlar hamiləliyin 36-cı həftəsindən o yana oruc tutmasınlar və kifayət qədər maye və qida qəbul edib doğum halını asanlaşdırsınlar.