Hər birini yediyimiz zaman həzm sistemimiz fərqli reaksiyalar verir. Bəzən 4-5 saat boyunca qarnımızda bir ağırlıq hiss edərkən bəzən də yemək yedikdən yarım saat sonra belə yenidən acmış kimi hiss edirik. Məhz bu məqamda yediyimiz yeməklərin özəllikləri və mədəmiz tərəfindən qəbul edilib-edilməmələri kimi məqamlar suala çevrilir. Bəzi qidaların həzm müddəti çox uzun saatlar aldığı halda, bəzilərinki göz açıb qapayıncaya qədər keçib gedir.
Foodinfo.az Türkiyə mediasına istinadən yavaş və sürətli həzm olunan qidaları bu yazıda sıralayıb. Sizə də onları ölçülü bir şəkildə yemək qalıb.
Zəruri qeyd: Aşağıdakı məlumatlar təbii ki, orta hesabla göstəriciləri özündə əks etdirir və sağlam həzm sisteminə sahib insanlar üzərindən nümunələşdirilib. Əgər həzm sisteminizdə hər hansı bir problem varsa, burada yazılan müddət sizin üçün keçərli olmaya bilər. Belə bir durumda həkiminizdən sizə özəl məlumatları əldə edə bilərsiniz.
Bir-bir qidaların həzm olunma müddətlərini öyrənmədən öncə bu məlumatın sizə nə kimi faydası dəyəcəyindən də bəhs edək. Əgər sürətli həzm olunan qidalara yeməklərinizdə daha çox yer versəniz, bu, çox tez-tez acmanıza səbəb olacaq. Bədəninizin sürətlə enerji ilə dolmasını təmin edən bu qidalar uzun müddət üçün hesablanarsa, orqanizmi gücsüz qoya bilər, toxluq hissi yaratmadığı üçün daha çox yemək yeməyə yönləndirə bilər.
Yavaş həzm olunan yeməklər isə qan şəkərinizin yavaş-yavaş qalxmasına səbəb olur və bir anda bədəni enerji ilə təmin etməz. Bu səbəbdən də bu iki cür qida arasında balansı qorumaq lazımdır. Amma bir məqama diqqət edin: bir çox sağlam qidalanma mütəxəssisinə görə, yavaş həzm olunan qidaların dərhal ardınca sürətlə həzm olunan qidaları qəbul edib, mədəyə ekstra bir yük yükləmək doğru deyil.
Keçək qidalara, mayelərə və onların həzm olunma müddətinə:
Su: Birbaşa bağırsaqlara keçir
Meyvə və ya tərəvəz suları: 15-20 dəqiqə
Çiy tərəvəzlər: 30-40 dəqiqə
Bişmiş tərəvəzlər: 40 dəqiqə
Balıq: 45 dəqiqə-1 saat
Yağ əlavə edilmiş salat: 1 saat
Nişastalı tərəvəzlər: 1,5-2 saat
Toyuq: 1,5-2 saat
Süd və süd məhsulları: 2 saat
Düyü, bulqur, qarabaşaq kimi dənlilər: 2 saat
Qoz, badam, fındıq kimi çərəzlər: 3 saat
Dana əti: 3 saat
Quzu əti: 4 saat