Adətən səhər yeməyi və ya qəlyanaltılarda sevə-sevə yediyimiz böyrəklərin daha dadlı və daha xırçıltılı olmasını arzulayırıq.
Kartoflu börək demək olar ki, hər kəsin hazırlaya biləcəyi börək növüdür, lakin onun xırçıltılı olmasını hər adam tutuzdura bilmir.
Foodinfo.az bu yazıda öz sousu sayəsində xırçıltılı kartof börəyinin necə hazırlanmasını təqdim edir.
İnqrediyentlər:
4 yuxa
1xörək qaşığı sirkə
1 armudu stəkanı yağ
3 xörək qaşığı un
İçlik üçün lazım olanlar:
3 qaynadılmış kartof
1 qaşıq yağ
2 soğan
Qırmızı istiot
Qara istiot
Duz
Üzəri üçün: 1 yumurta sarısı
Əvvəlcə kartofu qazanda qaynadın. Qaynadılmış kartofu kiçik parçalara ayırın. Soğanları blenderdən keçirin və suyunu sıxın. Sonra soğanları yağda çəhrayı rəng alana qədər qızardın. Tavaya kiçik parçalara ayırdığınız kartofu əlavə edin. Ona duz və ədviyyatlar səpin. Bütün inqrediyentləri qarışdırdıqdan sonra qabı sobadan götürüb soyumağa bir kənara qoyun.
Bir xörək qaşığı yağ, un və sirkəni yaxşıca qarışdırın. Yuxaları üçbucaq şəklində kəsin. Fırçanın köməyi ilə hər üçbucaq dilimini souslayın. Bu sous börəyinizi xırtıldayan və dadlı edəcək. Hazırladığınız içlikdən bir xörək qaşığı götürüb fətirin enli hissəsinə yayın. Sonra yuxanı sarın. Eyni prosesi kəsdiyiniz bütün yuxalara tətbiq edin.
Soba tavasına yağlı kağız sərib börəkləri düzün. Börəkləri çalınmış yumurta sarısı ilə fırçalayın. İstəsəniz küncüt də səpə bilərsiniz. Börəkləri əvvəlcədən isidilmiş sobada 180 dərəcədə qızılı rəng alana qədər bişirin.