Hər kəs duzlu xiyarın mütəmadi yeyilməsinin sağlamlığa zərər verə biləcəyi barədə eşidib. Lakin bu məhsulun faydaları haqqında çox az adam bilir.

Foodinfo.az lent.az-a istinadən duzlu xiyarın insan orqanizminə faydalarını təqdim edir:

Niyə turşu yemək lazımdır?

Populyar inancın əksinə olaraq, turşu sağlamlıqdır. Ancaq onların hazırlanmasında şəkər və sirkə istifadə edilmədiyi təqdirdə. Duzlu xiyar və digər turşuların tərkibində həzmi yaxşılaşdıran laktik turşu bakteriyaları var.

Həmçinin, təbii qıcqırdılmış turşuların (yalnız duz və ədviyyatlardan istifadə etməklə) orta səviyyədə istehlakı immunitet sistemini gücləndirməyə kömək edir.

Duzlu su normada istehlak edildikdə də faydalıdır. Probiyotiklərə əlavə olaraq, böyük miqdarda kalium və natrium ehtiva edir.

Elektrolit çatışmazlığını doldurmaq üçün duzlu sudan istifadə etmək tövsiyə olunur. Bu, məsələn, alkoqol intoksikasiyası səbəbindən baş verə bilər.