İçməli su (qablaşdırılmış) və qida məhsullarının emalı prosesində istifadə edilən su qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunan tələblərə uyğun olmalıdır. Foodinfo.az-ın məlumatına görə, bu barədə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunub. Sənəddə bildirilib ki, içməli suyun (qablaşdırılmış) və qida məhsullarının emalı prosesində istifadə edilən suyun qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğuna dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

Təbii mineral suların (qablaşdırılmış) istehsalı, emalı və dövriyyəsi həmin sular müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındıqdan sonra yol verilir.