Qarşıdan gələn isti yay ayları orqanizmimizdə bir çox fəsadlara səbəb ola bilər. 

Foodinfo.az xəbər verir ki, günəşin iti bucaq altında orqanizmə təmas etməsi təkcə dəri ilə bağlı problemlərə səbəb olmur. 

İsti havalarda diqqət edilməyən qidalanma təzyiq problemlərinə, halsızlıq, ürəkgetmə və stressə səbəb ola bilər. 

Ekspertlər qeyd edirlər ki, bu mənada səhər yeməyində əsasən mövsümi məhsullara üstünlük verilməlidir. Pomidor, xiyar kimi tərəvəzlərlə yanaşı pendir və zeytun da süfrədə olmalıdır. Həmçinin yağlı yeməklərdən uzaq olmaq tövsiyə olunur. Daha bir diqqət edilməli məqam isə tez-tez su içməkdir.