Son araşdırmalar göstərir ki, kahı gündəlik qidalanmada tez-tez istifadə edilsə də, faydaları çox vaxt yetərincə qiymətləndirilmir.
Foodinfo.az xəbər verir ki, bu yaşıl yarpaqlı tərəvəz həm vitamin, həm də mineral baxımından zəngindir.
Kahı A, C və K vitaminləri ilə zəngindir. A vitamini göz sağlamlığını dəstəkləyir, C vitamini immun sistemini gücləndirir, K vitamini isə qan laxtalanması və sümük sağlamlığı üçün vacibdir.
Tərkibindəki lif bağırsaqların fəaliyyətini tənzimləyir və qəbizliyin qarşısını almağa kömək edir.
Aşağı kalorili və su tərkibi yüksək qidadır. Bu xüsusiyyət toxluq hissi yaradaraq artıq kalori qəbulunun qarşısını alır.
Kalium və antioksidantlar qan təzyiqinin tənzimlənməsinə və damarların qorunmasına kömək edir.
Tərkibinin böyük hissəsi sudan ibarət olduğu üçün xüsusilə isti havalarda orqanizmin maye balansına dəstək verir.
Kahını əsasən çiy şəkildə salatlarda istifadə edilməsi tövsiyə edilir ki, vitamin və minerallar maksimum qorunsun. Balanslı qidalanma çərçivəsində gündəlik rasiona daxil edilməsi sağlamlıq üçün faydalı hesab olunur.






