
Kefir tərkibindəki probiyotiklərlə həzmi yaxşılaşdırır və immun sistemini dəstəkləyir. Foodinfo.az xəbər verir ki, Almaniyanın Mainz Universitetindən qastroenteroloq Dr. Linda Kramer “Der Spiegel” jurnalına açıqlamasında bildirib ki, kefirin müntəzəm istifadəsi bağırsaq mikroflorasının balansını bərpa edir. Bu balans bədənin ümumi sağlamlığına və əhval-ruhiyyəyə birbaşa təsir edir.
Kefirdə olan “lactobacillus” bakteriyaları zərərli mikroorqanizmlərin çoxalmasının qarşısını alır. Dr. Kramer əlavə edir ki, kefir xüsusilə antibiotik qəbulundan sonra bağırsağın bərpası üçün vacib rol oynayır. Həmçinin, B vitaminləri ilə zəngin olan kefir enerji səviyyəsini artırır və sinir sistemini gücləndirir. Şəkərsiz, təbii kefir ən effektiv seçim sayılır.