Ən faydalı çörəklər tam buğda, çovdar və kəpəkli unla hazırlanmış, təbii mayalanma ilə bişirilmiş çörəklərdir. Bu növ çörəklər liflə zəngindir, uzun müddət toxluq hissi verir, həzmi asanlaşdırır və qan şəkərinin sürətlə yüksəlməsinin qarşısını alır.

Çörək alarkən etiketə diqqət yetirmək vacibdir. İlk sırada “tam buğda unu” yazılması onun əsas inqrediyenti olduğunu göstərir. Rənginə aldanmaq olmaz. Bəzi çörəklər rəngini kakao və ya karamel əlavələri ilə alır. 

Qlükoza siropu, süni qoruyucular və trans yağlar olan çörəklərdən uzaq durmaq tövsiyə olunur.

Təbii mayalanmış çörəklər bağırsaq sağlamlığı üçün daha uyğundur. Qlütənə həssaslığı olan şəxslər isə qlütensiz unlardan hazırlanmış çörəklərə üstünlük verməlidirlər. 

Ümumiyyətlə, sağlam çörək seçimi düzgün qidalanmanın əsas hissələrindən biridir və miqdarına da nəzarət edilməlidir.