
Kətan toxumu ürək sağlamlığını qoruyan təbii məhsullardan biridir. Foodinfo.az xəbər verir ki, ABŞ-ın Harvard Tibb Məktəbinin qidalanma üzrə mütəxəssisi Dr. Lisa Green kətan toxumunun ürək-damar xəstəlikləri riskini azaldan omega-3 yağ turşuları və liflə zəngin olduğunu açıqlayıb.
Green “Harvard Health Publishing” saytına verdiyi müsahibədə bildirib ki, kətan toxumu xolesterolu aşağı salır, qan təzyiqini tənzimləyir və arteriyalarda iltihabın qarşısını alır.
O, qidalanmada gündəlik 1-2 xörək qaşığı kətan toxumunun əlavə edilməsinin ürək xəstəliklərinə qarşı təsirli olduğunu vurğulayıb.
Mütəxəssis həmçinin toxumların digər faydalarını da qeyd edərək, həzm sistemini yaxşılaşdırdığını və kilo idarəsində dəstək olduğunu söyləyib.