Yay fəslinin ən sevilən meyvələrindən biri olan qarpız həm dadı, həm də sağlamlığa təsiri baxımından önəmlidir. Foodinfo.az xəbər verir ki, rusiyalı endokrinoloq Dariya Xaykina bu meyvənin isti havada oynadığı rolu izah edib.

“Qarpızın tərkibi 90%-dən çox sudan ibarətdir. Bu, onu təbii susuzlaşdırma əleyhinə vasitəyə çevirir”, – deyə mütəxəssis Gazeta.Ru-ya müsahibəsində bildirib.

O qeyd edib ki, tərkibindəki kalium və maqnezium mineralları tərlə itirilən elektrolitləri bərpa edir. Bundan əlavə, qarpızın təbii şəkəri bədənə enerji verir.

Xaykina onu da vurğulayıb ki, qarpız sağlam həzm sistemi üçün faydalı olan likopenlə zəngindir və antioksidant təsirə malikdir.

Lakin o xəbərdarlıq edib ki, şəkərli diabet xəstələri qarpız qəbulunu məhdudlaşdırmalı və miqdarı həkimlə razılaşdırmalıdır.