Kəsilmiş qarpızı soyuducuda ən çox 2-3 gün saxlamaq məsləhətdir. Daha dəqiq və təhlükəsiz saxlamaq üçün qarpızın üzərini streçlə bağlayın və ya qapaqlı qabda saxlayın ki, soyuducuda qurumasın və qoxu çəkməsin.

Foodinfo.az xəbər verir ki, əgər qarpız, xüsusilə yay fəslində otaq temperaturunda 1 saatdan çox qalıbsa, onu soyuducuya qoymazdan əvvəl istifadə edib bitirmək daha təhlükəsizdir.

Kəsilmiş qarpız soyuducuda 4°C-dən aşağı temperaturda saxlanmalıdır.

Üzərində yumşalma, yapışqanlıq, turş qoxu və ya boz rəng dəyişməsi varsa, onu yemək olmaz.

Soyuducuda kəsilmiş qarpız 2–3 gün saxlanıla bilər. Daha uzun müddət saxlamaq həm dadına, həm də sağlamlığa zərər verə bilər.