Feyxoa A, C vitaminləri, dəmir və yodla zəngindir, lakin hər kəsə tövsiyə edilmir. Foodinfo.az bildirir ki, mütəxəssislərin fikrincə, qalxanabənzər vəzi və endokrin sistem xəstəlikləri, hipertiroidi olan insanlar feyxoadan uzaq durmalıdırlar. Məsələ burasındadır ki, məhsulun tərkibindəki yod həddindən artıqdır və xəstəliyi daha da ağırlaşdıra bilər.

Bundan əlavə, pankreatit və qastrit xəstələri bu giləmeyvəni qida rasionundan xaric etməlidirlər. Feyxoanın tərkibindəki taninlər və efir yağları xəstəlikləri ağırlaşdıra bilər.

Heç bir xəstəliyi olmayan insanlara diqqətli olmağı tövsiyə edilir. Mütəxəssislər giləmeyvədən bir neçə parça sınamağı, bədənin necə reaksiya verdiyini görməyi və yalnız bundan sonra onu pəhrizinizə daxil etməyi məsləhət görürlər.

Leyla