Bayram süfrəsinə yeni ləzzət əlavə etmək mümkündür. Foodinfo.az Chempionat-a istinadla xəbər verir ki, aşpaz Nikolay Braterski Profi.ru xidmətindən klassik paytaxt salatının müxtəlif alternativlərini təqdim edib. Onun sözlərinə görə, Yeni il süfrəsi paytaxt salatı olmadan təsəvvür olunmasa da, ənənəvi dadı qoruyaraq salatı yeni tərzdə təqdim etmək mümkündür.

Birinci variant – sobada bişmiş kartof və tüstülənmiş toyuq ilə paytaxt salatı. Bu versiyada qaynadılmış kartof yerinə sobada bişmiş kartof, kolbasa əvəzinə isə tüstülənmiş toyuq ətindən istifadə olunur. Bu dəyişiklik salata dərin və zəngin dad, həmçinin yüngül od aroması verir.

İkinci variant – dəniz məhsulları ilə paytaxt salatı. Xiyar yerinə təzə avokado, ət yerinə isə qaynadılmış krevetkalar əlavə olunur. Sous kimi mayonez, limon şirəsi və bir damcı soya sousu qarışığı istifadə edilir. Bu tərz salat yüngül, lakin bayram süfrəsi üçün xüsusi görünür.

Üçüncü variant – asiya tərzində paytaxt salatı. Qaynadılmış kartof və kök kublara doğranır, üzərinə toyuq əti, marinadlanmış zəncəfil və yaşıl noxud əlavə olunur. Sous kimi mayonez və küncüt yağı qarışığı istifadə edilir. Bu salat ənənəvi görünür, amma dadı tam fərqlidir.

Dördüncü variant – veqan paytaxt salatı. Kolbasa yerinə qaynadılmış noxud və ya əlavə yaşıl noxud, təzə xiyar, ispanaq və bir qədər zeytun yağı əlavə olunur. Bu versiya vəqan və vegeterianlar üçün ideal seçimdir.

Bundan əlavə, paytaxt salatını mini-tartaletlərdə və ya qaynadılmış yumurtanın yarısında təqdim etmək mümkündür. Bu üsul həm rahat, həm də şık və bayramona görünüş verir.

Braterski vurğulayıb ki, bu sadə dəyişikliklər bayram süfrəsini maraqlı edir və həmçinin klassik ləzzəti qoruyur.