Dietoloqlar Böyük Britaniya kral ailəsi üçün qadağan olunan qida məhsullarının siyahısını tərtib edib. Bu addım onların xarici səfərlər zamanı zəhərlənməsinin qarşısını almaq üçün atılıb.
Qeyd olunur ki, bu cür qidalar arasında ilk sırada çiy halda yeyilən molyusklar yer alıb. Daha sonra çiy ət və az qızardılmış steyk kral üzvlərinə qadağan edilib.
Bundan başqa, ailə üzvlərinin səfər etdiyi ölkədə, hətta icazə verilsə belə, çiy su qadağan olunan məhsullar sırasına salınıb. (Trend)