Çox adam limonun təkcə suyundan istifadə edir, qabığını isə atır. Foodinfo.az bildirir ki, limon qabığı havadakı mikrobları öldürür və pis qoxuları aradan qaldırır. Mütəxəssislər limon qabığını radiator və ya soba üstünə qoymağı tövsiyə edir. İsti təsirdə ətrafa təbii efir yağları yayılır.

Bu qoxu stressi azaldır və baş ağrısını sakitləşdirir. Limon qabığı həm də mətbəx səthlərini təmizləmək üçün əla vasitədir. Onun antibakterial təsiri evdəki mikrobları yox edir. Çaylara əlavə edildikdə boğaz ağrılarına qarşı təsirli olur. Dərinin yağ balansını tənzimləmək üçün maskalarda da istifadə edilir. Mətbəxdə limon qabığı ilə yer silmək pis qoxuları yox edir. Təbii və ucuz ev təmizliyi üçün əla üsuldur. Atmaq əvəzinə dəyərləndirmək məsləhətdir.