Limonlu sarımsaq çayı sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə tanınır. Bu çay tərkibindəki C vitamini və antioksidantlarla immun sistemini gücləndirir, soyuqdəymə və qripə qarşı qoruyucu təsir göstərir.
Foodinfo.az xəbər verir ki, sarımsağın təbii antibakterial və iltihab əleyhinə xüsusiyyətləri bədəni infeksiyalardan qoruyur, eyni zamanda ürək-damar sağlamlığını dəstəkləyir və qan dövranını yaxşılaşdırır.
Limon isə bədəni toksinlərdən təmizləyir və həzmi asanlaşdırır.
Bu çay həm də maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edir.
Hazırlanması sadədir: qaynar suya doğranmış sarımsaq və limon əlavə edib bir neçə dəqiqə dəmləyin.
Gündəlik istifadədə az miqdarda istehlak edilməsi tövsiyə olunur.